Rusiya və Ermənistan mart danışıqlarının gedişatında nail olunmuş razılıqların reallaşdırması üçün fəal işləyir.
A24.Az Ria Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası prezidenti Vladimir Putin bu gün Ermənistan prezidenti Serj Sarksiyanla görüşü zamanı bildirib.
“Bütün komandalarımız bizim razılıqlarımızın reallaşdırması üzərində gərgin işləyir. Bu iş müsbət nəticələr verir”, – deyə Putin Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlar zamanı deyib.
Rusiya və Ermənistan bu ilin martında Moskvada danışıqlar zamanı, regional və beynəlxalq təhlükəsizliyin təminatı məqsədi ilə ikitərəfli əsasda hərbi və hərbi-texniki əməkdaşlığı davam etməyə razılaşıblar.
V.Putin görüş zamanı keçən il iqtisadi qarşılıqlı təsirin artmasını qeyd edib: “İndidə bu tendensiyanın saxlanılmasını istəyirik” – Rusiya lideri əlavə edib.