“Telmana demişdim, bu bazarı bağla...” - Lujkov

28-11-2017, 11:59           
“Telmana demişdim, bu bazarı bağla...” - Lujkov
Moskvanın keçmiş meri Yuri Lujkov sifarişli qətllərə görə barəsində beynəlxalq axtarış elan edilən və qiyabi həbs qətimkan tədbiri seçilən azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovu hələ də dostu saydığını deyir. Virtualaz.org xəbər verir ki, Lujkov bu barədə “İzvestiya” nəşrinə danışıb.

Keçmiş mer deyib ki, T.İsmayılovun bu günə düşməsinin əsas baiskarı “Çerkizovsk” bazarı oldu. “Bu bazarı mən özüm də xoşlamırdım. Telmana dedim ki, bazar dəhşətlidir, onu bağlamaq lazımdır, lakin bazarı bağlamağa imkan vermədilər. Dedilər bu sənin işin deyil”-Lujkov bildirib.

Lujkovun sözlərinə görə, o, T.İsmayılova dəfələrlə deyib ki, “Çerkizovsk” bazarının gələcəyi yoxdur. Əgər o, Moskvada qalıb işləmək istəyirsə bu bazarı bağlayıb sivil ticarət formasına keçmək lazımdır. “Təəsüf ki, o məni eşitmədi”-keçmiş mer deyib.

Keçmiş mer deyib ki, Telman İsmayılov vaxtilə çox xeyirxah işlər görüb, çətin dövrlərdə Rusiya mədəniyyətinə dəstək verib.

T.İsmayılovun hazırda Fransada gizləndiyi təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru