Rusiya ordusu Ermənistanda təlimlər keçirib

29-11-2017, 08:52           
Rusiya ordusu Ermənistanda təlimlər keçirib
Rusiyanın Ermənistandakı hərbi bazasının radioelektron mübarizə və pilotsuz uçan aparatlar hissəsinin hərbçiləri təlim keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlərdə şərti qanunsuz silahlı dəstələrin təxribat qruplarının rabitə vasitələrinin radioelektron üsullarla susdurulmasına dair tapşırıqlar yerinə yetirilib.

Məlumata görə, üçgünlük təlimlər “Kamxud” və “Alagöz” dağ poliqonlarında keçirilir.

Təlimlər zamanı mütəxəssislər dəniz səviyyəsindən azı 1500 metr yüksəklikdə “İnfauna”, “Zastava” və “Navodçik” tipli müasir komplekslərdən istifadə edərək 30-dan çox normativ icra edəcəklər.

Təlimlərə 300-dən çox hərbçi və 50-dək xüsusi hərbi texnika cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru