“İran Rusiyanın strateji həmkarıdır” – Rusiya FŞ-nın vitse-spikeri
5-12-2017, 09:13
Rusiya Federasiya Şurasının (FŞ) vitse-spiketi İlyas Umaxanov bəyan edib ki, İran Rusiyanın strateji həmkarıdır və Moskva ilə Tehrana təsiri olan bütün beynəlxalq problemlər sıx koordinasiya şəraitində həll olunur.
«İran bizim strateji həmkarımızdır. İran və Rusiyanın qarşılaşdığı beynəlxalq problemlər praktiki olaraq sıx əlaqəli şəkildə, ən yüksək səviyyədə məsləhətləşmələr yolu ilə həll olunur» – deyə, Umaxanov ziyarət və həcc məsələləri üzrə İran liderinin nümayəndəsi Əli Həzi Əsgərlə Federasiya Şurasındakı görüşü zamanı bəyan edib. Senator əlavə edib ki, İranla Rusiyanın qarşılıqlı fəaliyyəti həm də beynəlxalq parlament təşkilatları çərçivəsində davam edir.
Öz növbəsində, İran liderinin ziyaət məsələləri üzrə nümayəndəsi terrorçuluq və ekstremizlə mübarizədə göstərdikləri kömək və dəstəyə görə, Rusiya xalqına və rəhbərliyinə təşəkkür edib. azpolitika.info