Mixeil Saakaşvili dindirilməyə gəlməyə hazırlaşmır

6-12-2017, 08:20           
Mixeil Saakaşvili dindirilməyə gəlməyə hazırlaşmır
Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili dindirilməyə gəlməkdən imtina edib.
"Report" "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə "Yeni güclər hərəkatı"nın mətbuat katibi Maryana Poçtar bildirib.
"Saakaşvili heç bir prosessual sənədə qol çəkməyib və almayıb. Nə özü, nə də vəkili. Ona hətta şübhəli olduğu barədə bildiriş də təqdim edilməyib", - deyə Poçtar bildirib.
Qadın qeyd edib ki, siyasətçi çərşənbə günü Ali Radanın qarşısında brifinq keçirərək hüquqşünasla birlikə yaranmış vəziyyəti izah edəcək.
Daha əvvəl Ukraynanın Baş Prokurorluğu Mixeil Saakaşvili barədə axtarış elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.