Trampın Qüds qərarının səbəbi – Matuzov

8-12-2017, 11:24           

Qüdsü İsrailin paytaxtı olaraq tanımaqla ABŞ daxili problemlərini həll etməyə çalışır.

teref.az Axar.az -a istinad edərək xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində rusiyalı politoloq Vyaçeslav Matuzov söyləyib.

“Bir müddət öncə Konqresdə ABŞ Prezidenti Donald Trampın impiçment məsələsi səsverməyə çıxarıldı. Burada Tramp qalib gəldi. O, qələbəni yəhudi lobbisinin köməyi ilə əldə etdi. Bunun da nəticəsi Qüdsün tanınması oldu”, – deyə o bildirib.

Rusiyalı politoloq Aleksandr Krılov isə Trampın qərarının Yaxın Şərqdəki sülh prosesinə son qoyacağını bildirib:

“Bu qərar təkcə Yaxın Şərqdəki sülh prosesini məhv etmir, o həm də beynəlxalq hüquq bazasını yox edir. Bu, BMT Təhlükəsizlik Şurasının 242 və 478-ci maddələrinin birbaşa pozulmasıdır. Sadəcə olaraq özbaşınalıqdır. Problemlər belə həll edilmir. Bu qərar böyük konfliktlərə səbəb olmayacaq, amma terror təşkilatlarına imkan verəcək ki, Amerika vətəndaşlarına hücum edə bilsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru