İsraildən dünyaya təhdid: “Qüds paytaxtımız olmasa…”

9-12-2017, 14:50           

Qüds İsrailin paytaxtı olmasa, heç vaxt sülh də olmayacaq.

Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Denni Denon söyləyib.

“Fələstin ya şiddəti, ya da dialoqu seçəcək. Qüdsün İsrailin paytaxtı olmadığı yerdə heç vaxt sülh olmayacaq”, – deyə o bildirib.

Fələstinin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Riyad Mənsur isə Trampın Qüds qərarının Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğunu bidlirib:

“ABŞ-ın qərarı bölgədə qeyri-stabilliyi artıracaq, böyük fəlakətə səbəb olacaq. ABŞ-ın İsraili mükafatlandırmaq cəhdi onun bölgədəki liderliyini baltalayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru