İran Azərbaycan vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə qoşula bilər

10-12-2017, 09:22           

İran Azərbaycan ərazisi vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə qoşulmaq məsələsini nəzərdən keçirməyə hazırdır.

Bunu Trend-ə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

Nazirin sözlərinə görə, hazırda İran çıxış nöqtələrinə Türkiyə vasitəsilə qoşulub və əgər Azərbaycan şirkətləri daha sərfəli tariflər təklif edərlərsə, IP-trafik mübadiləsi Azərbaycan ərazisindən həyata keçirilə bilər: “Bu yaxınlarda biz 300 Gbit/s buraxılış gücü olan və İranın cənubu ilə şimalını birləşdirən tranzit magistral işə salmışıq və biz tranzit həcmləri məsələsi ilə bağlı Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru