BMT Təhlükəsizlik Şurası Trampın Qüds qərarını rədd etdi

10-12-2017, 10:59           

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması haqqında qalmaqallı qərarı BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən fövqəladə toplantısında müzakirə olunub.

Toplantıda Təhlükəsiz Şurasının bütün üzv-dövlətlərinin nümayəndələri Trampın qərarını sərt tənqid ediblər, – İnterfaks məlumat verir.

Böyük Britaniya, İtaliya, İsveç və hazırda Təhlükəsizlik Şurasının üzvü olmayan Almaniyanın nümayəndələri Trampın bu qərarının yolverilməz olduğu haqqında birgə bəyanat veriblər. Bəyanatda qeyd edilir ki, Trampın qərarı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, regionda sülhün bərqəqar olmasına maneədir.

Misirin BMT-dəki nümayəndəsi isə Trampın qərarın “təhlükəli presedent” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru