Rusiyanı parçalamaq istəyənlər tələssin - Klintseviç

11-12-2017, 09:42           

Ukraynalı nazir Georgi Tuka Rusiyanın parçalanması ilə bağlı çağırışını ABŞ nəzarətçilərinin basqısı altında edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frants Klintseviç söyləyib.

“Əgər bu nəzarət olmasaydı, Ukrayna öz-özünə məhv olacaqdı. Hazırda amerikalılar Ukraynanı əllərində saxlayır. Eyni zamanda da hər cür rusafobiyadan istifadə edirlər”, - Klintseviç vurğulayıb.

O əlavə edib ki, Rusiyanı parçalamağa heç kimin gücü çatmayacaq:

“Amerikalı və ukraynalı cənablar dişlərini qırsa da, məqsədlərinə çata bilməyəcək. Rusiya çox yaxın zamanda perspektivli insanları ətrafında birləşdirəcək. Ona görə də ölkəni dağıtmaq istəyənlər tələsməlidir. Buna artıq çox az qaldı”.

Qeyd edək ki, Tuka Kiyevin əsas məqsədinin Rusiyanı hissələrə bölmək olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru