“Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir”

13-12-2017, 00:36           
“Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir”
Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar. Virtualaz.org xəbər verir ki, bunu “Exo Moskvı” radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.

“Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, – o qeyd edib.

Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. “Bəlkə heç kimin ağlına da gəlməyib kiş Azərbaycan etiraz edə bilər”, – Kunadze əlavə edib.

Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru