Tramp dövlət qurumları tərəfindən "Kasperski"dən istifadəyə qadağanı qanuniləşdirib

13-12-2017, 07:35           
Tramp dövlət qurumları tərəfindən "Kasperski"dən istifadəyə qadağanı qanuniləşdirib
ABŞ-ın dövlət qurumlarına Rusiyanın "Kasperski Lab" şirkətinin proqram təminatından istifadəsi rəsmən qadağan edilib.
“Report” xəbər verir ki, bu müddəa ölkənin gələn il üçün nəzərdə tutulan müdafiə büdcəsində öz əksini tapıb.
Müvafiq sənədi çərşənbə axşamı Ağ ev rəhbəri Donald Tramp imzalayıb.
Qadağa bu il oktyabrın 1-dən etibarən fəaliyyət göstərir. Bu tarix 2018-ci maliyyə ilinin başlanğıcı sayılır.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bu qadağanı sentyabrda tətbiq edib. İdarədə güman edirlər ki, "Kasperski Lab"ın proqram məhsulları ölkənin milli təhlükəsizliyinə ziyan vura bilər.
Öz növbəsində, "Kasperski Lab"dan bildiriblər ki, şirkətin heç bir kibercasusluğa adiyyəti yoxdur.
Şirkət dekabrın 7-də Vaşinqtondakı ofisini bağladığını elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.