Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

13-12-2017, 09:20           
Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib
ABŞ Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, bu cür görüşdə problemin həlli üzrə “yol xəritəsi”nin tərtib edilməsi mümkündür.

“Danışıqlar nə vaxt başlaya bilər? Biz öz tərəfimizdən danışıqlara hazır olduğumuzu bəyan edirik. Və biz birinci görüşü ilkin şərtsiz keçirməyə hazırıq. Gəlin sadəcə görüşək və istəyirsinizsə hava şəraitindən danışaq”, - deyə Tillerson Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.

“Masa arxasında üz-üzə əyləşə bilərdik. Daha sonra isə işləmək istədiyimiz istiqamətlər üzrə “yol xəritəsi”ni hazırlaya bilərdik”, - deyə dövlət katibi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru