Mitinqləri daxili qoşunlar və polis dağıdacaq

13-12-2017, 16:12           
Mitinqləri daxili qoşunlar və polis dağıdacaq
APA agentliyi yanlışlığa yol verərək, “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanun layihəsinə dəyişiklikləri düzgün təfsir etməyib.

Virtualaz.org xəbər verir ki, Azərbaycan Konstitusiyasına son dəyişikliklərə əsasən, Azərbaycanda Silahlı Qüvvələr dedikdə yalnız Müdafiə Nazirliyi deyil, həm də digər güc strukturlarının – DİN, FHN, DSX-nin silahlı qüvvələri başa düşülür.

Silahlı Qüvvələrin hər bir növü təlimata uyğun olaraq öz funksiyalarını yerinə yetirir. “Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir” ifadəsi altında məhz DİN-in daxili qoşunları nəzərdə tutulur.

* * *12:29

Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.

APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.