Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

15-12-2017, 09:44           
Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir
Son zamanlar Ermənistan ordusunda müşahidə edilən ölüm halları və qeyri-müəyyənlik ordu daxilindəki müxtəlif qrupların qarşıdurması ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, xüsusilə də ordunun təminatındakı çatışmazlıqlar erməni əsgərlərini dalana dirəyib:

“Bu isə ordudakı qeyri-sağlam atmosferi daha da körükləyir. Digər tərəfdən, Ermənistan cəmiyyətindəki ümidsizlik, siyasi-iqtisadi uğursuzluqlar, cinayətkar erməni rəhbərliyinin xalqla anormal münasibəti və ölkənin kriminal aləmin qanunları ilə idarə olunması da orduda öz əksini tapır. Eyni zamanda, Azərbaycan Ordusunun bütün istiqamətlərdə irəliləyişi işğalçı ölkənin ordusunda tabesizlik hallarını artırır. Ölkədə hökm sürən bu mənfi mühit Ermənistan ordusunda fərariliyin artmasına gətirb çıxarır. Nəticədə çarəsiz qalan ermənilər ya bir-birini güllələyir, ya da başqa yollarla ordudan yayınırlar. Ermənistanda qəbul edilən yeni qanuna görə, tələbələrin də hərbiyə cəlb olunması bu durumu daha da çıxılmaz edib. Son zamanlar Ermənistan ordusunda artan ölüm halları və qeyri-müəyyənlik də məhz ordu daxilindəki müxtəlif qrupların qarşıdurması ilə bağlıdır. İmkanı olan erməni ailələri övladlarını Ermənistandan, Dağlıq Qarabağdan qaçırır, imkanı olmayanlar isə bu acınacaqlı sona düçar olurlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.