İsrailli ekspert: “Azərbaycan artıq İsraildən “Dəmiz Gümbəz”i alıb” FOTO

15-12-2017, 09:47           

“Mən Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirirəm. Açıq mənbələrdən məlum olduğu qədərilə, Azərbaycan İsraildən 5 milyard dollar vəsaitində silah və hərbi texnika alıb. Hətta dünyanın aparıcı silah ixracatçıları siyahısının ilk pillələrində olan İsrailin ölçülərinə görə, bu, yetərincə ciddi məbləğdir”.

Bu barədə Ordu.az-a məşhur İsrail hərbi eksperi Tsvi Ariyelli bəyan edib.

Qeyd edək ki, Tsvi Ariyelli hərbi xidmətini İsrail Müdafiə Ordusunun “Colan” briqadasında, ehtiyat xidmətini hərbi kəşfiyyatın xüsusi təyinatlılarında və müqaviləli xidməti İsrail dövlətinin lokal antiterror bölmələrindən birində keçib.


Ariyellinin sözlərinə görə, İsrail də öz növbəsində Azərbaycanla hərbi-texniki əməkdaşlığa böyük maraq göstərir. Belə ki, Azərbaycan təchiz edilən texnika və silah üçün ödənişi qəbzlərlə deyil, “canlı” pullarla həyata keçirir.

Həmçinin müsahibimiz qeyd edib ki, İsrailin hərbi müdafiə sənayesində Azərbaycana maraqlı ola biləcək yeniliklər var.

“İlk növbədə söhbət taktiki və yüksək dəqiqlikli silahlardan gedir. Onlar əsasən köhnə Sovet texnikası ilə silahlanan erməni ordusu qarşısında Azərbaycanın taktiki üstünlüyünü daha da artıra bilər. Mənə məlum olduğu qədərilə, Azərbaycan artıq İsraildən “Dəmiz Gümbəz”i alıb. Ən azıdan, bu barədə danışıqlar gedirdi.

Nümunə olaraq Ukraynanı götürsək, Azərbaycan silahlanma sahəsində onlardan daha çox inkişaf edib. Ukrayna NATO-nun onlara nə vaxt silah yardımı edəcəyini gözləyir. Azərbaycan isə heç kəsi gözləmir, sadəcə hər şeyin ən yaxşısını alır. Azərbaycan bu məsələdə öz ərazisində hərbi münaqişəyə malik digər ölkələrin böyük əksəriyyəti ilə müqayisədə daha müdrik davranır”, - deyə T. Ariyeli bildirib.


Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında həmçinin terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq mövcuddur.

“Təbii ki, iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlıq mövcuddur, lakin adətən belə məsələləri xüsusi şəkildə elan etmirlər. Ancaq hər kəs üçün əlçatan olan məlumatlara əsasən belə, Azərbaycanın İsraildə israildə istehsal olunan, terrorizmlə mübarizə və mülki əhalinin müdafiə sahəsində onilliklərlə təcrübəyə malik hərbi texnologiyaları aktiv şəkidlə tətbiq etməsi ilə tanış olmaq mümkündür”, - deyə Ariyeli vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.