Ermənistanın səhiyyə naziri Azərbaycana niyə gəldi? - FOTO

15-12-2017, 21:16           
Ermənistanın səhiyyə naziri Azərbaycana niyə gəldi? - FOTO
Amma bu Lazım köpəkoğlu hələ Bakıya gəlib çıxmır ki, çıxmır...


Ermənistanın səhiyyə naziri Levon Altunyan bu gün Azərbaycan ərazisinə daxil olub. Moderator.az yazır ki, Xankəndində nəşr olunan separatçı erməni mediasının günün sonunda yaydığı xəbərlərə görə, növbəti dəfə qanunsuz olaraq Azərbaycan Respublikasının hüquqi sərhədlərini keçməklə Ermənistan silahlı qüvvələrinin işğalı altındakı torpaqlarımıza ayaq basan nazir hələ də Xankəndində separatçı-terrorçu Kreml-İrəvan nökəri Bako Saakyanın qonağıdır. İşğalçı ölkənin naziri ilə qondarma separatçı lider iki oyuncaq “erməni dövləti” arasında” səhiyyə sahəsindəki əməkdaşlıqdan, Ermənistanın dəstəyi ilə işğal altındakı Azərbaycan torpaqlarında həyata keçirilən qeyri-qanuni tibbi proqram və layihələrdən, eləcə də gələcək əməkdaşlıq planlarından bəhs ediblər.

P.S. Ermənistanın prezidenti, nazirləri, iş adamları və s. iki gündən bir Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdədir, amma bu Lazım köpəkoğlu Bakıya gəlib çıxmaq bilmir hələ...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.