Düşmən bizim bu “qəhrəmanları” qızışdırır - Millət vəkili

16-12-2017, 09:53           

Müharibə hələ bitməyib, ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildidib ki, çox təəəssüf ki, vaxtaşırı ordu mövzusu ilə gündəmdə qalmaq istəyənlər tapılır:

“Ya ordu ilə bağlı bir fərziyyə irəli sürürlər, ya da ordu barədə danışmaq haqlarının olduğunu iddia edirlər. Ancaq ordunun qapalı müəssisə olduğunu, öz spesifik qanunları ilə yaşadığını unudurlar. Unutmasalar da, xüsusi olaraq o barədə dəqiqləşdirməmiş fikir irəli sürərək gündəmin qəhrəmanına çevrilməyə çalışırlar".

Millət vəkili vurğulayıb ki, ordu haqqında ancaq rəsmi materialların yayılması norması ilə razılaşmalıyıq:

“Çünki düşmən yatmır, bizdən çox uzaqda kompüter arxasında oturaraq belə "qəhrəmanları" qızışdırırlar, ordu barəsində açıq söhbətlərin getməsinə çalışırlar. Bütün fikirləri diqqətlə oxuyurlar, onlara bu söhbətlərdə ehtiyatsız deyilmiş bir məlumat lazımdır ki, gələcək planlarını onun üzərində qursunlar”.

Millət vəkilinin sözlərinə görə, tarix boyu qələbələri həmişə ordunu sevməklə qazanıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.