"Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" çağırışına ərəb HÖRMƏTSİZLİYİ...

17-12-2017, 17:24           
"Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" çağırışına ərəb HÖRMƏTSİZLİYİ...
Sayt İrəvan qəzeti “Qraparak”a istinadən xəbər verir ki, artıq üçüncü gündür ki, bir qrup ərəb şeyxləri oğulları, o cümlədən Birləşmiş Ərəb Əmirliyinin nüfuzlu şəxslərindən biri - Abu-Dabi şahzadəsi, şeyx Zayda əl Nahayanın böyük oğlu erməni oliqarx Qaqik Tsarukyanın qonaqlarıdır.

Nəşrin xəbərinə görə səfər sırf dostluq xarakteri daşıyır: şeyxlər, guya ki, Ermənistanla tanış olmağa və görməli yerlərini gəzməyə gəliblər.

Bununla belə, qəzetin məlumatlarına görə səyahətin məqsədlərindən biri məhz Ermənistan iqtisadiyatına investisiya qoymaqdır, sadəcə bu barədə hamıya bildirmirlər.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitindəki çıxışında "Ermənistanın müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyi ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" fikrini səsləndirmişdi. İndi ermənilərlə dostluğa can atan ərəb şeyxlərinin daha bir eybəcər ermənipərəstliyinin şahidi oluruq.Moderator.az /












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru