Dünya üçün mühüm işarə: - ABŞ və Rusiya yaxınlaşır...

18-12-2017, 10:25           
Dünya üçün mühüm işarə: - ABŞ və Rusiya yaxınlaşır...
ABŞ-Rusiya münasibətlərinin düzəlməsi mümkündür, çünki həm amerikalılar, həm də ruslar bunu gözləyir və tələb edirlər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman deyib.

“Bəzən işə siyasət qarışır və hər şey çətinləşir. Lakin Rusiyada qaldığım müddətdə bundan qəti əmin oldum: amerikalılar və ruslar ortaq nöqtəyə gələ bilərlər. Bu getdikcə reallaşır. Suriyada təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Şimali Koreya məsələsində də fəal şəkildə əməkdaşlıq edirik. Münasibətlər getdikcə daha da yaxşılaşacaq”, - Hantsman bildirib.

Səfir iki super-güc dövlətin digər qlobal məsələlərdə, xüsusən, Ukraynada ortaq nöqtəyə gələcəyinə inandığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru