“Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq” – İsrailin müdafiə naziri (VİDEO)

19-12-2017, 00:15           
“Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq” – İsrailin müdafiə naziri (VİDEO)
“İsrail erməni soyqırımını Azərbaycana görə tanımır”. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman RTV1 telekanalına müsahibəsi zamanı bildirib.
teref.az azvision-a istinadən xəbər verir ki, veriliş zamanı aparıcının “Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili “erməni soyqırımını” tanımağa çağırırlar, siz buna necə baxırsınız” sualına cavab olaraq, baş nazir bildirib ki, “Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. “Erməni soyqırımı” ilə bağlı İsrailin mövqeyi dəyişməzdir”.

Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”,- deyə, Aviqdor Lerman bəyan edib.

Qeyd edək ki, İsrailin müdafiə nazirinin bu bəyanatı son zamanlar “Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı” barədə məlumatlar dərc edən rus və erməni mətbuatına da tutarlı cavabdır.
[media=https://www.youtube.com/watch?v=vzeXxkRWjhE]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru