Rakka sakinləri YPG-yə qarşı Suriya ordusunu çağırdı
20-12-2017, 08:37
Rakka sakinləri Suriya ordusunun bölgədə nəzarəti ələ almasını istəyirlər.
Axar.az xəbər verir ki, bu sözləri suriyalı yazar Dərviş bildirib.
Suriyalı yazar qeyd edib ki, ölkənin şimal bölgələrində YPG-nin onurğası hesab edilən Demokratik Suriya Qüvvələrinin (DSQ) nəzarətindəki ərazilərdə yaşayan xalq Suriya ordusundan bölgəyə gələrək nəzarəti ələ almalarını istəyib.