Putin prezidentliyə namizədliyini nə vaxt açıqlayacaq? –Tarix bilindi

20-12-2017, 08:51           
Putin prezidentliyə namizədliyini nə vaxt açıqlayacaq? –Tarix bilindi
Vladmir Putinin növbəti dəfə Rusiya prezidentliyinə namizədliyi rəsmən dekabrın 26-da irəli sürüləcək.

Bu barədə Rusiya Sənaye və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib.

O, dekabrın 26-da Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçiriləcək təşəbbüs qrupunun iclasında Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinin irəli sürüləcəyini söyləyib.

Bu barədə qərar bu gün Putinin prezidentliyi namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan təşəbbüs qrupunun təşkilat komitəsinin iclasında verilib.

Təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri", Rusiya İctimai Palatası dəstəkləyir.

AÖA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru