Rusiya ABŞ casusunu yaxaladı

20-12-2017, 08:53           
Rusiya ABŞ casusunu yaxaladı
Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) casusluq edən norveçli şəxsi saxladığını açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Norevçin NRK telekanalı məlumat yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həmin şəxsin Rusiya donanmasına aid gizli məlumatları ABŞ-a ötürdüyünü üzə çıxarıb.

Məlumatı Norveç Xarici İşlər Nazirliyi də təsdiqləyib. Casusun 60 yaşlı olduğu bildirilsə də, kimliyi açıqlanmayıb. Onun daha öncə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatında çalışdığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru