BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul etdi

20-12-2017, 09:48           
BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul etdi
BMT-nin Baş Assambleyası Krımda insan hüquqları üzrə Ukrayna tərəfindən hazırlanmış qətnaməni qəbul edib.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

Sənəddə Rusiya tərəfi 12 tövsiyəni yerinə yetirməyə çağırılır, hansılar ki, "Krım sakinlərinə münasibətdə bütün hüquq pozuntularına və təhqirlərə dərhal son qoymalıdır".

Qətnamənin qəbuluna 70, əleyhinə 26 ölkə səs verib, daha 76 ölkə bitərəf qalıb. Sənədi dəstəkləyənlər arasında Avropa ölkələrinin, ABŞ və Gürcüstanın adları var. Əleyhinə çıxanlar isə Rusiya, Çin, Hindistan, Serbiya, Ermənistan, Belarus və başqaları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru