QRU zabitini Britaniyada kim zəhərləyib? – Klimenko

7-03-2018, 08:57           

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi Rusiyadakı prezident seçkisi ilə bağlı ola bilər.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel”ə açıqlamasında rusiyalı ekspert Fyodor Klimenko söyləyib.

“Bilirik ki, Kremldə hakimiyyətdə olan mafioz qrup arasında özlərinə düşmən saydıqları və satqın hesab etdikləri şəxslərə qarşı cinayət işi açılır. Onlar düşmənləri ilə hansısa məqamda danışıqlar aparmağa üstünlük verirlər, satqınları isə məhv edirlər. Siciliya mafiyası kimidir. Ona görə də zamanla xüsusi xidmət orqanları ilə bağlı olan cinayətlər olur”, – deyə o bildirib.

Qeyd edək ki, Skripal Britaniyada zəhərlənərək qətlə yetirilib.

Skripal Rusiyada satqınlıqda ittiham olunurdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.