İsa Qəmbər səhhəti haqda açıqlama yaydı:"Bir neçə günə yoxlamalar başa çatacaq"

7-03-2018, 09:06           

Səhhətində yaranmış problemlə əlaqədar Türkiyənin Hacettəpə Xəstəxanasında müalicə olunan Müsavat partiyasının lideri İsa Qəmbər durumu ilə bağlı açıqlama yayıb.

İ.Qəmbər audio-çıxışında səhhətinin normal olduğunu bildirib.

"Səhhətimdə yenə müəyyən müddət çətinliklər yarandı. Bakıda normal şəkildə müalicəm gedirdi, amma həm Azərbaycandakı, həm də Türkiyədəki dostlar məsləhət gördülər ki, müalicəm Türkiyədə davam etdirilsin. Bir neçə gündür Hacettəpə xəsətəxanasındayam. Düşünürəm ki, bir neçə günə yoxlamalar başa çatacaq və fəaliyyətimizi davam etdirəcəyik", deyə İ.Qəmbər bildirib.

Qeyd edək ki, bundan əvvəl İsa Qəmbər Bakıda Mərkəzi Klinik Xəstəxanasında ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı prosedurlardan keçib/Teleqraf.com.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.