ATƏT-də yayılmış "bəyanat" təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini əks etdirmir

8-03-2018, 09:06           

Dağlıq Qarabağın separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də yayılmış "bəyanat" təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə heç bir aidiyyatı yoxdur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin erməni KİV-lərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də bir "bəyanat" "rəsmi sənəd" kimi yayılması barədə informasiya ilə əlaqədar məlumatında deyilir.

Nümayəndəlik qeyd edir ki, ATƏT çərçivəsində müəyyən edilmiş təcrübəyə uyğun olaraq, təşkilatın katibliyi hər-bir üzv-ölkənin xahişi ilə ondan qəbul edilmiş istənilən sənədi onu dəyişmədən yayır: "Azərbaycan nümayəndəliyi bu məsələni təşkilatın katibliyində Ermənistana Sənədlərin Yayılmasının Mərkəzindən güc ilə işğal edilmiş torpaqlara qarşı özünün anneksionist niyyətlərini qabağa çəkməsi üçün sui-istifadəsinə imkan verilməyinin yolverilməz olduğuna diqqət yetirərək qaldırıb".

Qeyd olunur ki, ATƏT, hökumətlərarası təşkilat kimi, konsensus əsasında qəbul edilmiş qərarları və bütün 57 üzv ölkənin kollektiv iradəsini həyata keçirir: "Təşkilatın mövqeyini yalnız konsesual sənədlər əks etdirir. Deməli, qeyd olunan "bəyanatın" yayılması ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə bəyan etdiyi mövqeyinə heç bir aidiyyatı yoxdur"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru