Ermənistanda kütləvi itaətsizlik aksiyaları keçiriləcək

9-03-2018, 08:30           
Ermənistanda kütləvi itaətsizlik aksiyaları keçiriləcək
Ermənistanda kütləvi itaətsizlik aksiyaları keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "News.am" "Miras" partiyasının sədri Armen Martirosyana istinadən məlumat yayıb

"Martın 10-dan ölkəni böhran vəziyyətindən çıxışına yönəldilmiş itaətsizlik aksiyalarının başlanacağını istisna etmirəm", - deyə "Miras" partiyasının sədri bildirib.

Armen Martirosyanın sözlərinə görə, mitinqin gedişatında çox güman ki, sonrakı planlardan söhbət açılacaq.

O, qeyd edib ki, itaətsizlik Serj Sarkisyanın konkret baş nazir proqramlarına qarşı yox, sistem dəyişikliklərinə yönəldilmiş və daha geniş çağırışa malik olacaq.

Qeyd edək ki, Armen Martirosyanın və digərlərinin daxil olduğu "Ermənistan dövləti naminə" cəbhə Yerevanda "Azadlıq" meydanında mitinq planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru