Poroşenko: Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq

22-03-2018, 09:46           
Poroşenko: Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq
Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko "Hamburger Abendblatt" nəşrinə müsahibəsində bildirib.

Poroşenko əmin edib ki, 2019-cu ilin sonuna qədər alyansın üzvü olmaq üçün ölkəsi fəaliyyət planını alacaq.

O, hesab edir ki, Ukrayna alyansa üzv olacağı təqdirdə NATO həmişəkindən daha effektiv və güclü olacaq. "Ukrayna alyansa daxil olmaq üçün tələb olunan bütün kriteriyaları daha da tez həll etmək istəyir”, - deyə Poroşenko bildirib.

Bunula belə, o qeyd edib ki, ölkəsi ÜDM-in 6% müdafiə xarclərinə yönəldir, bu isə NATO-ya üzv olan bir çox ölkələrdən 4 dəfə çoxdur.

Poroşenko eyni zamanda alyansın üzvü olmaq istəyən tərəfdarların sayının da getdikcə artdığını söyləyib. Hazırda onlar ölkə əhalisinin ümumi sayının 59% təşkil edir. 2013-cü ildə isə bu rəqəm 13% idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru