İrana böyük zərbə: ABŞ bunu Tehrana verməyəcək

22-03-2018, 09:57           

ABŞ İrana təyyarə üçün ehtiyat hissələrinin tədarükünə lisenziya vermək niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma Şöbəsinin rəhbəri Brayan Huk deyib.

"İranlılar bir neçə dəfə lisenziyaların verilməməsi ilə bağlı etirazlarını bildirib. Bu, xüsusilə mülki aviasiyaya aiddir. Mən onlara demişəm ki, onlar mülki təyyarələri terrorçuların və silahların Yaxın Şərqə daşınması üçün istifadə edirlər. Biz milli təhlükəsizliyimizə təhdid üçün lisenziya verməyəcəyik", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru