Diplomat böhranı" Rusiya iqtisadiyyatını çökdürdü: rubl və birja "batdı"

27-03-2018, 21:47           
Diplomat böhranı" Rusiya iqtisadiyyatını çökdürdü: rubl və birja "batdı"
ABŞ və 14 Avropa İttifaqı ölkəsinin Rusiya diplomatlarını ölkədən qovmaq barədə qərarları rubl və Moskva birjasında geriləməyə səbəb olub.

Rubrika.az xarici KİV-ə istinadən xəbər verir ki, rus rublu dollarla müqayisədə 0,1 dəyər itirərək 57,2-yə, euro ilə müqayisədə isə 0,38% düşərək 71,1-ə geriləyib.

Moskva birjasının indeksi qərardan sonra 0,8% dəyər itirib və 2,268-ə, Rusiya Ticarət Sisteminin indeksi isə 0,9% düşərək 1,250-ə bərabər olub.

Qeyd edək ki, sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsindən sonra ölkələr rus diplomatlarını deportasiya etməyə başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru