«Yaponiya da «DÇ-2018»-in boykotuna qoşulmağı planlayır» – Britaniya KİV-i

28-03-2018, 08:55           
«Yaponiya da «DÇ-2018»-in boykotuna qoşulmağı planlayır» – Britaniya KİV-i
Britaniya KİV-nin verdiyi xəbərə görə, Yaponiya da futol üzrə dünya çempionatının («DÇ-2018») boykotuna qoşulmağı planlaşdırır.

Bu barədə Britaniyanın «The Sun» qəzeti yazır: «2018-ci il futbol üzrə dünya çempionatını hökumət səviyyəsində boykot etməyə getdikcə daha çox dövlətlər qoşulurlar. Belə ki, Polşa, İslandiya, Danimarka, İsveç, Avstraliya, Yaponiya və mümkündür ki, digər dövlətlərin məmurları Rusiyaya səfərdən imtina edəcəklər».

Bundan əvvəl, Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, kral ailəsi də «Sosberi zəhərlənməsi»nə görə, DÇ-2018-ə getməyəcək. London hesab edir ki, Rusiya bu insidentlə əlaqəlidir.

Lap 1980-ci il yay olimpiya oyunlarının boykotuna bənzəyir – o zaman təşəbbüskar ABŞ olmuşdu. Bunun ardınca, tezliklə SSRİ kimi əzəmətli bir imperiya sabun köpüyü kimi dağıldı. Gözləyək, görək bundan sonra Rusiyanın başına nələr gələcək…
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru