“Rusiya mühüm rol oynayır” - Armen Sarkisyanın Qarabağ mövqeyi

10-04-2018, 16:11           
“Rusiya mühüm rol oynayır” - Armen Sarkisyanın Qarabağ mövqeyi
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır”

AzVision.az xəbər verir ki, bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan “TASS” agentliyinə müsahibəsində deyib.
A.Sarkisyan vurğulayıb ki, 23 il əvvəl Dağlıq Qarabağda atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub.

“Biz problemin sülh yolu ilə siyasi həllinin tapılmasında Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk. Aydındır ki, problemin həlli üçün siyasi iradə, sülhə və razılığa gəlmək lazımdır”.

Ermənistan prezidenti bildirib ki, son nəticədə bütün regional münaqişələr nizamlanmalıdır: “Onlar tamamilə həll olunandır. Tarix bundan da qəddar və faciəli münaqişələr yaşayıb”- o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru