Avtomobili səhv park etdi, ölkəyə nota verildi - Ağlasığmaz HADİSƏ

12-04-2018, 01:11           

Belarusun paytaxtı Minskdə trajikomik bir hadisə yaşanıb.

teref.az xəbər verir ki, Türkiyə səfirliyinə aid diplomatik nömrəli "BMW" markalı avtomobilin səhv park edilməsi diplomatik böhran yaradıb.

Məlumata görə, martın 7-də avtomobilin qatar stansiyası yaxınlığında saxlanılması vətəndaşların şikayətinə səbəb olub. Şikayətləri haqlı sayan Belarus Xarici İşlər Nazirliyi Türkiyə səfirliyinə nota verib.

"Türkiyə səfirliyinə mövzu ilə əlaqədar nota verildi. Səfirlikdən bundan sonra qaydalara riayət edilməsi mövzusunda daha diqqətli olacaqlarına dair cavab alındı", - nazirliyin açıqlamasında qeyd edilib. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru