XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir

12-04-2018, 07:11           
XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir
Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.

Trend-in məlumatına görə, bunu Rusiyanın XİN-də “Vestnik Kavkaza” agentliyinin münaqişənin sülh yolu ilə həlli üzrə vasitəçilərin iki illik fəaliyyətinin yekunları haqqında suallarını cavablandırarkən bildiriblər.

Nazirlikdən bildiriblər ki, ilk öncə, Cənubi Qafqaz Rusiya üçün böyük əhəmiyyət kəsb edir: “Əminliklə bir şeyi deyə bilərik: MDB məkanında tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyət üzrə strateji kurs dəyizməz qalır. Rusiyanın xarici siyasət xəttinin mühüm regional istiqamətlərindən biri də Cənubi Qafqazdır”.

“Biz ardıcıl olaraq orada sülh və əmin-amanlığın bərqərar olmasında, sərhədlərin açılmasında və ticarət əlaqələrin bərpa olunmasında maraqlıyıq. Məhz buna görə, münaqişələrin həllinə dəstək, xüsusən də, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Rusiya Federasiyasının Xarici siyasət konsepsiyasında əksini tapan prioritetlərimizə aiddir”, deyə nazirlikdən bildiriblər.

XİN həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunda sədrliyini, Azərbaycan və Ermənistan hakimiyyətləri ilə birgə üçtərəfli formatda əldə olunun razılıqları nəzərə alaraq vasitəçilik işini davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru