Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq”

12-04-2018, 09:02           
Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq”
ABŞ Şimali Koreya ilə qarşıdan gələn danışıqlarda siyasi oyunlar oynamayacaq və qətiyyətlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə köklənib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, ABŞ dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo bəyan edib.



“Prezident Trampın Şimali Koreya lideri ilə görüşü ərəfəsində xeyli işlər görülməlidir. Dövlət başçısı KXDR-in nüvə arsenalının ABŞ-a təhlükə kəsb etməsinə imkan verməmək niyyətindədir. Prezident Tramp Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq, o cümlədən məndə. Keçmişdə rəsmi Pxenyanla aparılan danışıqlara dair MKİ-nin sənədlərini oxumuşam və əminəm ki, biz keçmişin səhvlərini təkrarlamayacağıq ”, deyə M.Pompeo vurğulayıb.



Qeyd edək ki, bu gün ABŞ Senatında M.Pompeonun dövlət katibi vəzifəsinə namizədliyi ilə bağlı dinləmələr keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru