Araz Əlizadədən etiraf:“Xalq arasında nüfuzum yoxdur”

12-04-2018, 19:31           
Araz Əlizadədən etiraf:“Xalq arasında nüfuzum yoxdur”
“Normal, demokratik, şəffaf, azad seçkilər keçdi”.

Bu sözləri Azadlıq radiosuna açıqlamasında Sosial Demokrat Partiyasının sədri, ilkin nəticələrə görə 1.39 faiz səs alan Araz Əlizadə bildirib.

O qeyd edib: “Mənim bütün məntəqələrdə müşahidəçilərim vardı. Pozuntulara rast gəlməmişik”.

A.Əlizadə az səs toplamasının səbəbini belə izah edib: “Yəqin xalq arasında nüfuzum yoxdur”.

“Bu halda növbəti seçkidə iştirak edəcəksinizmi?” sualının cavabında A.Əlizadə növbəti seçkilərdə 74 yaşının olacağını, bu səbəbdən qatılmayacağını bildirir: “Deyirsiz əlimdə əsa, əsə-əsə seçki kampaniyası aparım?..”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru