Pentaqon ABŞ-ın Suriyadakı mövcudluğunun əsas məqsədini açıqlayıb

13-04-2018, 08:47           

ABŞ-ın Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmək niyyəti yoxdur, Amerika qoşunlarının bu ölkədəki mövcudluğunun əsas məqsədi isə İŞİD üzərində qələbə qazanmaqdır.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında bildirib.



“Əvvəlki və hazırkı administrasiyalar aydın şəkildə izah etmişdilər ki, Suriyada məqsədimiz İŞİD üzərində qələbə çalmaqdır, vətəndaş müharibəsinə müdaxilə etməyəcəyik”, - deyə Pentaqon rəhbəri qeyd edib.

C.Mettis etiraf edib ki, ötən il Suriyaya endirilən raket zərbəsi kimyəvi silahdan istifadəyə cavab tədbiri olub.



Nazir həmçinin Rusiyanı Suriya rəhbərliyini dəstəkləməkdə, beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətindəki səylərini pozmaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru