Ölkələri düşməndir, onlar isə öpüşüb-görüşürlər - Video

13-04-2018, 09:07           

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə onun amerikalı həmkarı xanım Nikki Heyli ilə səmimi münasibəti kameraların diqqətindən yayınmayıb.

Axar.az xəbər verir ki, Rusiya və ABŞ arasında münasibətlərin hər dönəm gərgin olduğu, xüsusilə son vaxtlar Suriya mövzusu ilə bağlı daha da qəlizləşdiyi zamanda diplomatların bu münasibəti diqqət çəkib.

Nebenzya və Heyli toplantı öncəsi bir-birilərinə yaxınlaşaraq salamlaşıblar və yanaq-yanağa öpüşüblər.

Daha sonra rusiyalı diplomat toplantıda çıxışında həmkarları, xüsusilə Heyli ilə səmimi münasibətinin olduğu etiraf edib və ölkələr arasında da bu münasibətin hakim olmasını arzulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru