ABŞ səfirinin Bakıdan sirli gedişi - Video

14-04-2018, 09:32           

Azərbaycanda keçirilən prezident seçkilərindən əvvəl ABŞ səfirinin birdən-birə Vaşinqtona çağırılması bizi çox təəccübləndirdi.

Axar.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, ABŞ-dan təcili çağırış səfirin özünü də təəccübləndirmişdi.

“İndi düşünürəm ki, səfiri prezident seçkilərindən əvvəl ona görə çağırdılar ki, seçkilər vaxtı burada olmasın. Bu mənə çox qəribə gəldi. Səfirin özü də təəccübləndi. Təbii ki, səfir fəaliyyət müddətini başa vurmuşdu. Problem burada deyil. Amma o, təbii proses kimi aprelin 15-də, mayın 20-də də Azərbaycandan gedə bilərdi. Həmişə seçkiləri müşahidə edən missiyanın tərkibində ABŞ-ın nümayəndəsi olurdu”, - deyə Novruz Məmmədov qeyd edib.

Prezidentin köməkçisi Mir Şahinə müsahibəsində vacib məqamlara toxunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru