Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirib- FOTO
14-04-2018, 20:59
Bakıda – Yasamal rayonundakı “Məhsul” stadionunda Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilib.
Aksiyanın əvvəlində Azərbaycan himni oxunub. Mitinqin aparıcısı Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təmsilçisi İlham Hüseynli olub.
“Biz bu mitinqi seçki tamaşasından 3 gün sonra keçiririk”, – deyə İlham Huseyn bildirib: “Azərbaycan xalqı bir daha gördü ki, hakimiyyət rəqabətsiz, alternativsiz mihitdə belə, saxtakarlıq etmədən seçki keçirə bilmir”.
Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilən mitinqdə Milli Şuranın və Müsavat Partiyasının rəhbərləri çıxış edib.
AXCP sədri Əli Kərimli 11 aprel seçkisini xalqın boykot etdiyini, nəticələrin saxtalaşdırıldığını deyib: “Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub”.
Budәfәki mitinqin әsas mәqsәdi aprelin 11-də keçirilmiş prezident seçkisinә etiraz etmәk olub. Mitinqə qatılan müxalifәt partiyaları seçkinin nәticәsini tanımadıqlarını bildiriblər. Aslan