Nikki Heyli: Suriya ABŞ ilə danışıqlara layiq deyil

16-04-2018, 07:57           

Suriya ABŞ ilə danışıqlara layiq deyil.

Trend-in məlumatına görə, bu barədə "CBS" telekanalına müsahibəsi zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

N.Heyli deyib: "Biz Suriya ilə birbaşa danışıqlar aparmaq istəməzdik. Onlar (Suriya hakimiyyəti) Birləşmiş Ştatlarla danışıqlara layiq deyillər. Onlar yalnız öz xalqına əzab verirlər və vətənlərini məhv edirlər".

Daimi nümayəndə qeyd edib ki, ABŞ-ın Böyük Britaniya və Fransa ilə Suriyaya endirdiyi hava zərbələri bu ölkənin kimyəvi silah proqramını bir çox il geriyə atmağa imkan verdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru