Yaponiya Çindən yardım istədi

16-04-2018, 08:43           
Yaponiya Çindən yardım istədi
Yaponiya Çinin Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının dayandırılmasına yardım etməsini istəyir.

Yaponiya Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə Taro Kano aprelin 15-də çinli həmkarı Van İ ilə görüşü zamanı bildirib.

Yapon nazir deyib: “Mən istəyirəm ki, Yaponiya və Çin Şimali Koreyanın nüvə proqramının ləğvinin nəzarət edilən və dönməz xarakterli olması kimi ümumi məqsədə doğru irəliləmək üçün əməkdaşlığı genişləndirsinlər”.

Van İ isə öz növbəsində ümid etdiyini bildirib ki, budəfəki görüş Yaponiya-Çin münasibətlərinin normal vəziyyətə düşməsi istiqamətində mühüm addım olacaq.

Aprelin 15-də Çinin xarici işlər nazirinin Yaponiyaya ikigünlük səfəri başlanıb. Həftənin birinci günü o Çinin nümayəndə heyətinin rəhbəri kimi son yeddi ildə ilk dəfə iki ölkə arasında keçiriləcək yüksək səviyyəli iqtisadi dialoqa qatılacaq, həmçinin Baş nazir Şinzo Abe ilə görüşəcək. (AzərTAc)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.