Yaponiyadan sərt tələb

21-04-2018, 13:22           

“Şimali Koreya nüvə silahından tam imtina etməlidir”
Yaponiyanın müdafiə naziri İçunori Onodera bildirib ki, KXDR-ın nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırması haqqında bəyanatı “qənaətbəxş deyil”. Yaponiyalı nazir Pxenyana təzyiqlərin azaldılmamasını zəruri hesab etdiyini bildirib.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

“KXDR-ın bəyanatı qənaətbəxş deyil. Xüsusilə, Yaponiya üçün bəyanatda nə orta və kiçik mənzilli ballistik raketlərdən, nə də nüvə silahlanmasından imtina qeyd edilib. Bu kifayət deyil”, - deyə İçunori Onodera bildirib.

Yaponiyanın naziri bildirib ki, gərək Şimali Koreya nüvə silahından tam imtina ilə bağlı təminat versin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru