Terrorçular Mərkəzi Asiyaya yerləşir - Şoyqu xəbərdarlıq etdi

24-04-2018, 13:41           
Terrorçular Mərkəzi Asiyaya yerləşir - Şoyqu xəbərdarlıq etdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, İŞİD darmadağın olduqdan sonra Suriya və İraqdakı mövqelərini tərk edərək Mərkəzi və Cənub-Şərqi Asiyaya yerləşir. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxış edib.

"Qondarma "İslam dövləti" darmadağın olduqdan sonra yaraqlılar İraq və Suriyadan başqa bölgələrə, o cümlədən Mərkəzi və Cənub-Şərqi Asiyaya yerləşirlər. Orada yeni terror özəyi yaradılır. Suriyada İŞİD terrorçularının istifadə etdiyi pilotsuz təyyarələr 100 kilometrdən artıq məsafəyə hərəkət etməyə qadirdir. Onların yaradılması inkişaf etmiş ölkələrin texniki yardım olmadan mümkün deyil",-deyə Rusiyanın müdafiə naziri əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.