Ramiz Mehdiyevdən müharibə anonsu - "Məcburuq, bu yolla münaqişəni həll edək”

25-04-2018, 13:45           
Ramiz Mehdiyevdən müharibə anonsu - "Məcburuq, bu yolla münaqişəni həll edək”
“Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev ATV-yə verdiyi müsahibədə deyib: “Bu gün Serj Sarkisyan, sabah başqası, onlardan asılı olmayaraq, ermənilərin belə ideyası var.
Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır və bütün səylərin qarşısını almalıdır. Biz istəyirik ki, məsələni diplomatik danışıqlar yolu ilə həll edək, çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib. Cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün dünyada tanınır. Prezidentin məqsədi ondan ibarətdir ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Lakin bu baş tutmasa, bizim başqa yolumuz yoxdur – biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik – məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru