Bu ölkə azanı qadağan etmək üçün hərəkətə keçir

27-04-2018, 08:38           

Ölkədəki məscidlərdə oxunan azan səslərinin kənardan eşidilməsinin qarşısı alınmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Norveçin irqçi mövqeyi ilə tanınan Gələcək Görüş Partiyasının sözçüsü Con Helqhaym bildirib.

Helqhaym məsələ ilə bağlı həftə sonu partiyanın qurultayında müzakirə aparılacağını söyləyib: "İnsan haqları ilə bağlı qanunların bu barədə nə dediyi vecimə deyil. Mənim üçün əhəmiyyətli olan məscidlərin yaxınlığında yaşayan insanların rahatlıq və sakitlik içərsində yaşamasıdır. İnsan haqları konvensiyalarında azanı qadağan etməyə qarşı qaydaların olması məni maraqlandırmır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru