“Səlim Müslümov hakimiyyətlə xalq arasında uçurum yaradıb” - Bakıda universitet müəllimi təkbaşına aksiya keçirdi – VİDEO

27-04-2018, 13:22           
“Səlim Müslümov hakimiyyətlə xalq arasında uçurum yaradıb” - Bakıda universitet müəllimi təkbaşına aksiya keçirdi – VİDEO
Özünü Universitet müəllimi kimi təqdim edən, Riyaziyyat Tədris Mərkəzinin direktoru Firdovsi Şahbazov Səlim Müslümovu vəzifədən uzaqlaşdırdığına görə prezident İlham Əliyevə təşəkkür edib.

O işlədiyi universitetin adını çəkməsə də, sabiq nazirin fəaliyyətindən narazılıq edir.

F.Şahbazov əlində “Təşəkkür edirəm, Cənab Prezident” plakatı tutaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib.

O deyir ki, Səlim Müslümov xalqla hakimiyyət arasında dərin uçurum yaradıb. Prezident isə onunla bağlı vaxtında qərar verib.

Ünvanlı yardımların düzgün və təyinatı üzrə verilmədiyini deyən müəllim qeyd edir ki, sosial sahə tamamilə məhv edilib.

Aprelin 21-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev təyin olunub. Səlim Müslümov yeni tərkibdə yer almayıb.
[media=https://www.youtube.com/watch?v=wT-lRmNMXq8]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru