Tramp İvankanı ruslarla çalışmağa məcbur edib - İddia

9-06-2018, 22:04           

ABŞ Prezidenti Donald Tramp prezident seçkiləri ərəfəsində qızı İvankanı və ailəsinin şəxsi vəkili Maykl Koheni rusiyalı atlet Dimitri Kolokov ilə əməkdaşlığa məcbur edib.

Axar.az xəbər verir ki, bu barədə “Merkuri Nyus” qəzeti məlumat yayıb. Qəzet atletin Maykl Kohenə Donald Tramp və Rusiya Prezidenti Vladimir Putini görüşdürəcəyinə dair söz verdiyini iddia edib.

“Bazfid” qəzeti isə görüşün Moskvada yerləşən "Tramp Tauer"də planlaşdırıldığını qeyd edib. Hazırda prokuror Robert Müllerin komandasının İvanka Tramp, Maykl Kohen və Dimitri Kolokov arasındakı əməkdaşlığı araşdırdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru